Qarlı hava şəraiti nə qədər davam edəcək?

Qarlı hava şəraiti nə qədər davam edəcək?

24 Fevral, 10:45 Sosial mediada paylaşın:

“Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması nəticəsində ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb”.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb: “Ən çox qar Böyük Qafqazın rayonlarında qeydə alınıb. Burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb. Bu proses güclü külək və çovğunla müşahidə olunub. Küləyin maksimal sürəti rayonlarda saniyədə 28, Bakıda və Abşeron yarımadasında 25-28 metrə çatıb. Bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər yüksəlməsinə səbəb olub”.

U.Tağıyeva qeyd edib ki, gün ərzində respublika ərazisində əlverişsiz hava şəraiti davam edəcək: “Fasilələrlə qar yağacaq. Bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək”.

 

CANLI YAYIM