Azərbaycanlı alimlər Azıx mağarasında tədqiqatlar aparacaqlar

Azərbaycanlı alimlər Azıx mağarasında tədqiqatlar aparacaqlar

17 Mart, 14:35 Sosial mediada paylaşın:

Martın 17-də media nümayəndələri işğaldan azad edilmiş rayonlarımıza səfər çərçivəsində Xocavənddə dünyanın qədim yaşayış məskənlərindən birində - Azıx mağarasında olublar.

Azıx mağarası azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov tərəfindən 1960-cı ildə aşkar edilib. Sonra burada tədqiqatlar aparılıb və mağaranın qədim yaşayış məskənlərindən biri olduğu üzə çıxıb.

Bu mağara Azərbaycanın tarixi-mədəni sərvətidir. Ermənistan burada qanunsuz işlər aparıb, xaricdən alimlər gətizdirərək tarixi saxtalaşdırmağa cəhd göstərib.

Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaq, tariximizin yeni-yeni səhifələrini üzə çıxaracaqlar.

CANLI YAYIM