Sabahın hava proqnozu

Sabahın hava proqnozu

4 Aprel, 14:05 Sosial mediada paylaşın:

Azərbaycanda aprelin 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 15-19° isti, Bakıda gecə 8-11°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 0-4° şaxta, gündüz 7-12°, bəzi yerlərdə 15-20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin xəbərdarlığına görə, gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin əsəcəyi, arabir 15-18 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

CANLI YAYIM