Nazirlikdən müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı açıqlama

Nazirlikdən müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı açıqlama

8 Aprel, 14:20 Sosial mediada paylaşın:

Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən bildirilib ki, müsahibə mərhələsinin elektron sənəd qəbulu 2 gün ərzində aparılacaq. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək. Ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn olacaq.

 

CANLI YAYIM