Bakıda eastweststream.com informasiya portalının təqdimatı olub

Bakıda eastweststream.com informasiya portalının təqdimatı olub

17 İyul, 12:00 Sosial mediada paylaşın:

Heydər Əliyev Mərkəzində Rusiyanın TASS və Azərbaycanın Trend informasiya agentliklərinin birgə layihəsi olan eastweststream.com portalının təqdimatı olub.

Platformanın məqsədi regionda baş verən hadisələr barədə analitik məlumatlar, iqtisadi sahələri əhatə edən xəbərlər yaymaq, Şərq və Qərbdən informasiya axınını təmin etməkdir.

Portal, həmçinin geosiyasi proseslər, eləcə də enerji ehtiyatları ilə zəngin regionların potensialı, maliyyə durumu, siyasi həyatı barədə etibarlı xəbər mənbəyi kimi çıxış edəcək.

Tədbirdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, TASS informasiya agentliyinin baş direktorunun müavini Mixail Qusman, Trend agentliyinin baş direktoru İlqar Hüseynov, həmçinin bir sıra ölkələrin səfirləri, Azərbaycanın media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

CANLI YAYIM