BBC Şuşadan kadrlar yayımladı

BBC Şuşadan kadrlar yayımladı

15 Sentyabr, 15:20 Sosial mediada paylaşın:

Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı dünya mediasının diqqətindədir.

Məşhur BBC telekanalı bir neçə proqram və internet resursunda ölkəmizin təbliğinə geniş yer ayırıb. 200-dən çox ölkədə yayımlanan, 450 milyon izləyicisi olan “BBC WORLD NEWS”da Azərbaycanın müasir və tarixi memarlıq abidələrini, füsunkar təbiətini, nəqliyyat və texnoloji imkanlarını, ölkədəki inkişafı özündə əks etdirən videomaterial nümayiş olunur.

Materialda Şuşa şəhəri ilə bağlı kadrlar da yer alır. Videoçarx “Hardtalk”, “BBC Business Report”, “Impact” və digər məşhur proqramlarda da yayımlanır.

CANLI YAYIM