Prezident Qubadlının azad olunmasının müharibənin gedişindəki önəmindən danışıb

Prezident Qubadlının azad olunmasının müharibənin gedişindəki önəmindən danışıb

25 Oktyabr, 15:42 Sosial mediada paylaşın:

"Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etdi və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi zəfər günü kimi qeyd ediləcək".

Bu barədə Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu münasibətlə bütün qubadlıları və Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı Qubadlının azad olunmasının müharibənin gedişindəki önəmindən danışıb: "Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik və beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz"

Dövlətimizin başçısı qeyd edib ki, Qubadlıdan sonra biz öz zəfər yürüşümüzü, zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

CANLI YAYIM