Avstriyada dördüncü qapanma: 10 minlərlə insan etiraz aksiyasına çıxdı

Avstriyada dördüncü qapanma: 10 minlərlə insan etiraz aksiyasına çıxdı

22 Noyabr, 13:05 Sosial mediada paylaşın:

Dünyada indiyədək yeni növ koronavirus aşkarlanan insanların sayı 257 milyon 857 mini ötüb.

Rəsmi statistikalara əsasən, yoluxanların 5 milyon 168 mindən çoxu bu infeksiyanın qurbanı olub. Avstriyada koronavirusa yoluxmaların kəskin artması ilə əlaqədar bu gündən sərt karantin qüvvəyə minib. Sayca dördüncü qapanmada məqsəd səhiyyə sisteminin çökməsinin qarşısını almaqdır. Karantin tədbirləri ictimai həyatın bütün sahələrini əhatə edir. Mədəniyyət məkanları, ticarət mərkəzləri, hotellər, gözəllik salonları fəaliyyətini dayandırıb, Milad yarmarkaları bağlanıb. Sakinlər yalnız işə, dərsə, gəzintiyə getmək və ərzaq məhsulları almaq üçün evlərini tərk edə bilərlər.

Bütün qapalı məkanlarda ciddi maska rejimi tətbiq olunur. Məhdudiyyətlərin dekabrın 13-də başa çatacağı gözlənilir. Yeni məhdudiyyətlər ölkədə narazılıqla qarşılanıb. Paytaxt Vyanada keçirilən etiraz aksiyasında 10 minlərlə insan iştirak edib. Nümayişçilər hökumətin pandemiya ilə mübarizə sahəsində yürütdüyü siyasəti tənqid ediblər. Bəzi yerlərdə polislə qarşıdurmalar baş verib.

CANLI YAYIM