Azərbaycan iki ermənini Ermənistana təhvil verdi

Azərbaycan iki ermənini Ermənistana təhvil verdi

26 Noyabr, 12:06 Sosial mediada paylaşın:

Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq noyabrın 26-da erməni əsilli iki nəfəri Ermənistana təhvil verib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Həmin şəxslərdən biri 2021-ci il noyabrın 16–da Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 1993-cü il 3 mart təvəllüdlü Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində Arin Aramyana zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilib.

Təhvil verilmiş digər şəxs 2000-ci il 13 sentyabr təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılıb. Aparılmış ilkin araşdırmalar nəticəsində Mihran Musaelyanın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib.

CANLI YAYIM