Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi

30 Noyabr, 15:52 Sosial mediada paylaşın:

Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib.

Nazirliyin tvitter səhifəsində bu barədə paylaşım edilib.

Paylaşımda deyilir:

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəvi hadisədə şəhid olanlara Allahdan rəhmət, yaralılarımıza şəfa, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik”.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

CANLI YAYIM