“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
20 Yanvar - Ümumxalq Hüzn Günündə 20 yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub, məzarlarına güllər düzülüb.