ŞƏXSƏN SİZ
ƏYLƏNCƏ

ŞƏXSƏN SİZ

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "ŞƏXSƏN SİZ" proqramının aparıcısı yazıçı, publisist Günel Anarqızıdır. Proqramın əsas məqsədi adından da göründüyü kimi qonağı tamaşaçıya efir vasitəsi ilə şəxsən təqdim etməkdən ibarətdir. Qonaqların əsasən tanınmış yazıçı, şair, aktyor, rəssam, bəstəkar, müğənni, musiqiçi olması və onların tamaşaçılara başqa rakursdan təqdim edilməsi verilişi daha baxımlı edir. Belə ki, verilişin qonaqları aparıcının maraqlı sualları ilə əhatə olunur və bu suallar tamaşaçıların zövqü nəzərə alınmaqla hazırlanır.
Aparıcı ilə qonaq arasında baş verən maraqlı dialoq verilişi izləyən tamaşaçıda qonağı daha yaxından tanımaq imkanı yaradır.
Verilişin ilk buraxılışında aparıcı atası, xalq yazıçısı Anarla maraqlı və səmimi söhbət edir. Günelin atası ilə söhbəti tamşaçıların böyük rəğbətini qazanmışdır.
Bu səpgidə hazırlanması nəzərdə tutulan verilişin hələ tamaşaçı zövqünü oxşayan neçə-neçə qonaqları olacaq...

22:45 / Şənbə

CANLI YAYIM