AZƏRBAYCAN DEYƏNDƏ
İCTİMAİ-SİYASİ

AZƏRBAYCAN DEYƏNDƏ

İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "AZƏRBAYCAN DEYƏNDƏ" verilişində dünyada yaşayan azərbaycanlıların yaşam tərzindən, onların Azərbaycanın və yaşadıqları ölkənin ictimai-siyasi həyatında rolundan bəhs olunur.
Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.
Bu gün Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 460-dan çox Azərbaycan icmaları yaradılmışdır. Layihə tamaşaçılara təqdim olunan vaxtdan bu günə kimi yuxarıda adları çəkilən bəzi ölkələrin azərbaycanlı vətəndaşları ilə əlaqə saxlanılıb, həmin ölkəyə gedərək onların yaşadıqları ölkənin ictimai-siyasi, mədəni həyatında fəaliyyətləri mövzusunda verilişlər hazırlanıb.

21:00 / Çərşənbə

CANLI YAYIM