YÜKSƏLƏN BAKI
MAARİFÇİ

YÜKSƏLƏN BAKI

Son illər ölkəmizdə və əsasən də Bakı şəhərində gedən yenidənqurma və quruculuq işləri "YÜKSƏLƏN BAKI" verilişinin əsas mövzusunu təşkil edir.
Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı bu verilişdə ötən illərin Bakısı ilə yeni Bakı haqqında tamaşaçılara maraqlı məlumatlar verilir.
Aparıcı Tural Məmmədlinin təqdimatında efirə gedən verilişdə tikinti sektorunda gedən yüksəlişlə yanaşı iqtisadiyyatın bütün sahələrində baş verən inkişafdan da danışılır. Aparılan tikinti haqqında tamaşaçıya məlumat verilir, tikintinin həlli planı haqqında mütəxəssislərlə söhbət aparılır.
Hal-hazırda Bakının bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Göründüyü kimi təklif tələbi üstələyir.
Eyni zamanda, verilişdə bu və digər məsələlər haqqında ətraflı maarifləndirmə işi aparılır...

21:30 / Cümə

CANLI YAYIM