REPRESSİYA
PUBLİSİSTİK

REPRESSİYA

Azərbaycanda ümumilikdə 1930-40 və 50-ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Stalin repressiyaları illərində təkcə Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.
Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri olmuşdur. Bununla da repressiya Azərbaycanın ümumilikdə intellekt potensialına sarsıdıcı zərbə vurmuşdur.
İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "REPRESSİYA" verilişində Stalin dövründə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insanın əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi rejimin diqtəsinə deyil, milli hissiyatla düşündüyünə görə repressiyalara məruz qalmasından bəhs olunur.

21:30 / Cümə axşamı

CANLI YAYIM