İşğaldan azad olunan Ağdam rayonunun Gülablı kəndində məskunlaşan erməni əsilli mülki vətəndaşlar yaşayış yerlərindən şəxsi əşyalarını çıxarmaq üçün Azərbaycan Ordusunun hərbi qulluqçularına müraciət ediblər.
Bununla bağlı yayılan videoda hərbi qulluqçularımızın azad edilmiş torpaqlarımızda məskunlaşan ermənilərin yaşayış yerlərindən əşyalarının təxliyəsi və onların təhlükəsizliklərinin təmin edilməsi məqsədilə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq zəruri humanitar dəstək göstərmələrinə dair görüntülər yer alıb.