44 günlük Vətən müharibəsinin daha 2 qəhrəmanı: Gülverdi Qasımov və Natiq Əhmədov.
Onlar Vətən sevgisinin nə olduğunu, torpağın keşiyində necə durmağı göstərdilər.
“Azərbaycan işğal faktı ilə barışa bilməz” - Gülverdi hələ Vətən müharibəsi başlamazdan əvvəl yazmışdı bu sözləri öz dəftərçəsinə. Gənc döyüşçü işğalda olan torpaqlarımızın azadlığı eşqi ilə yaşayırdı. Elə bu amal uğrunda da oktyabrın 26-da Qubadlı istiqamətində gedən döyüşlərdə canını sevə-sevə fəda etdi canından çox sevdiyi Vətəni üçün.
Natiq Əhmədov da döyüşlərin başladığı ilk günlərdən könüllü yollanmışdı cəbhəyə. O da digər döyüşçü yoldaşları kimi torpaqların tezliklə işğaldan azad olunacağına inanırdı. Elə də oldu. Bu amal uğrunda oktyabrın 11-də Hadrut istiqamətində döyüşən gəncimiz ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəldi.
Şəhidlərimiz, biz sizin sayənizdə qayıdırıq o torpaqlara: alnıaçıq və üzüağ. İşğaldan azad edilən torpaqlarımızda indi üç rəngli bayrağımız dalğalanır. Buna görə sizə minnətdarıq.
Niftulla Məmmədli