Şamaxının Saqiyan kəndi Günəşli adlandırılacaq

Şamaxının Saqiyan kəndi Günəşli adlandırılacaq

15 Dekabr, 11:30 Sosial mediada paylaşın:

Şamaxı rayonunun Saqiyan kəndi bundan sonra Günəşli adlandırılacaq.

Milli Məclisin dekabrın 15-də keçirilən iclasında “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

CANLI YAYIM