Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manat oldu

Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manat oldu

19 Yanvar, 12:30 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manat müəyyən edilib və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Əməyin ödənişi fondu, işçilərinin say həddi və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği bir ay müddətində təsdiq edilməlidir.

CANLI YAYIM