Zəngilanda sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb

Zəngilanda sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb

8 Aprel, 15:43 Sosial mediada paylaşın:

Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumatda Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması, bu ərazilərdə qısa müddət ərzində yeni hərbi hissələrin fəaliyyətə başlamasının, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının qarşıya qoyulan tapşırıqların uğurla icra edilməsi baxımından böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılan şəraitlə tanış olub, xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər. Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunub. 

CANLI YAYIM