Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub

Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub

17 Sentyabr, 17:31 Sosial mediada paylaşın:

Sentyabrın 17-də Bakı Biznes Mərkəzində ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən hər il keçirilən müsabiqənin qalibləri ilə görüş olub.

Görüşdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısından danışıb. O deyib: “On beş ildir Azərbaycanda ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı məktəblilərin müsabiqəsi keçirilir. Həmin müsabiqənin qalibləri ali məktəblərə daxil olanda YAP onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib. Bu illər ərzində YAP-ın təqaüdünü alan çoxlu sayda tələbələr olub. Bu gün bu görüşdə toplaşanlar ikinci və yuxarı kurs tələbələridir. Bizim onlarla görüşümüz həmin tələbələrin təhsilləri ilə maraqlanmaq məqsədi daşıyır”.

Tədbir çıxışlarla davam edib.

CANLI YAYIM