“Ey Vətən...”

“Ey Vətən...”

22 Oktyabr, 15:49 Sosial mediada paylaşın:

Vətəni həmişə hər yerdə bütün dəyərləri ilə sevmək lazımdır. Ölkəsinə qalibiyyət qazandıran Prezident, Ali Baş Komandan İlham Əliyev növbəti dəfə Vətən sevgisini bu cür ifadə etdi.

Vətəni bütövləşdirərək Vətən olmağı bacaran Prezident! O, bu dəfə Vətənə vurğunluğunu xalqının ruhundan süzülən sözə, nəğməyə, musiqiyə kökləyir.

Prezident qalib Azərbaycanın Vətən tərənnümünü Azərbaycan Radiosundan dinləyir, həm də ictimai rəyə ötürür və əslində demək istəyir ki, Vətəni həmişə hər yerdə bütün dəyərləri ilə sevmək lazımdır. Məhz bu tükənməyən sevgi bizi parlaq qələbəyə, zəfərə gətirib çxardı. Məhz bu sevgi “Vətən” kəlməsini bütün azərbaycanlıların dilinin əzbərinə çevirdi.

Bu gün müzəffər Ali Baş Komandan Vətən məfhumunu həm də mahnının, musiqinin dili ilə insanlara çatdırırsa, bu, elə onun özünün də, mənsub olduğu xalqın da vətənpərvərliyinin aliliyini nümayiş etdirir. Həm də təkcə bizə yox, bütün dünyaya...

Prezident, Ali Baş Komandan torpaqlarımızı işğaldan azad etməklə, həm də efirin 30 illik ayrılıqdan, 30 illik həsrətdən sonra yenidən Qarabağa, müqəddəs yurda qayıdışını təmin etdi. Bu gün azad edilən torpaqlarda Azərbaycan Radiosu “Ey Vətən” deyir. Vətənimiz bütöv, amalımız aydın, qolumuz bükülməz, “Dəmir yumruğ”umuz hər zaman havada olsun!

Firuzə Nadir

CANLI YAYIM