ANAMA son bir həftədə 27 mina aşkarlayıb

ANAMA son bir həftədə 27 mina aşkarlayıb

27 Dekabr, 12:55 Sosial mediada paylaşın:

Azad edilən ərazilərdə daha 27 mina aşkarlanıb.

Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat yayıb. Dekabrın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 25 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 97 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

CANLI YAYIM