“Səudiyyə Ərəbistanı erməni işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmayıb” - Azərbaycan Prezidenti

“Səudiyyə Ərəbistanı erməni işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmayıb” - Azərbaycan Prezidenti

13 Yanvar, 14:58 Sosial mediada paylaşın:

“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri var. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq”.

Bu barədə Prezident İlham Əliyev 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib.

“Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ölkələrimiz arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev, eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlığa diqqət çəkib.

CANLI YAYIM