“Quruluş: Osman”ın çəkiliş qrupunun rəhbər heyəti AzTV-də olub

“Quruluş: Osman”ın çəkiliş qrupunun rəhbər heyəti AzTV-də olub

16 Mart, 18:14 Sosial mediada paylaşın:

Türkiyənin məşhur serialı “Quruluş: Osman”ın çəkiliş qrupunun rəhbər heyəti bu gün Azərbaycan Televiziyasında olub.

Yaradıcı heyət QSC-nin sədri Rövşən Məmmədovla görüşüb. Görüşdə serialın AzTV-də yayımı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yayımlandığı gündən Türkiyə seriallarının reytinq siyahısında birinci olan daha bir tarixi serialı – “Quruluş. Osman”ı yayımlayacaq. QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Bozdağ film”in istehsalı olan serialın yayım hüququ ilə bağlı müqavilə artıq imzalanıb. Çəkilişləri hələ davam edən serial Azərbaycan dilinə dublyaj olunacaq. “Quruluş. Osman”ın AzTV-də sentyabr ayından yayımlanması planlaşdırılır.

CANLI YAYIM