Azərbaycan komandası Avropa çempionatında dördüncü yeri tutub

Azərbaycan komandası Avropa çempionatında dördüncü yeri tutub

24 Mart, 17:55 Sosial mediada paylaşın:

Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatı başa çatıb.

11 gün davam edən yarışın yekununa əsasən, medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdıran komandamız sıralamada qitə birinciliyini dördüncü pillədə başa vurub. Millimiz bu yerə Bolqarıstan və Gürcüstanla şərikdir.

Ümumilikdə, 20 ölkə Xorvatiyada medal qazanmağı bacarıb. Onlardan cəmi 11-i çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk “üçlük”də Türkiyə və Ukrayna milliləri yer alıblar.

Qeyd edək ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıblar.

CANLI YAYIM