"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri TRT-də təcrübə keçəcək əməkdaşlarla görüşüb

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri TRT-də təcrübə keçəcək əməkdaşlarla görüşüb

16 May, 13:00 Sosial mediada paylaşın:

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov yaxın günlərdə TRT-də təcrübə keçmək üçün Türkiyəyə yola düşəcək AzTV əməkdaşları ilə görüşüb.

R.Məmmədov görüşdə AzTV-TRT əməkdaşlığının tarixçəsindən, o cümlədən telekanallar arasında imzalanan "yol xəritəsi"nin faydalarından bəhs edib. Mübadilə proqramının üstünlüklərini diqqətə çatdıran QSC sədri sonda Türkiyəyə yollanacaq əməkdaşlara tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

AzTV-TRT əməkdaşlığı çərçivəsində Azərbaycan Televiziyasının 6 əməkdaşı (müxbir, sosial media mütəxəssisi, rejissor, operator, işıqçı, montajçı) may ayının 23-dən etibarən iki həftə müddətinə TRT-nin təlimlərində iştirak edəcək. İlin sonuna kimi daha bir neçə şəxsin təcrübə keçmək üçün Türkiyəyə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, mart ayında AzTV-də TRT-nin müxtəlif sahələr üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər keçirilmişdi.

CANLI YAYIM