Rövşən Məmmədov şeir, hekayə və esse müsabiqəsinin məktəbli qalibləri ilə görüşdü

Rövşən Məmmədov şeir, hekayə və esse müsabiqəsinin məktəbli qalibləri ilə görüşdü

18 May, 16:52 Sosial mediada paylaşın:

Azərbaycan Radiosunun (105 FM) 15 yaşadək məktəblilər üçün elan etdiyi şeir, hekayə və esse müsabiqəsinin qalibləri açıqlanıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, müsabiqəyə 350-yə yaxın iştirakçı qatılıb, onlardan 6-sı qalib olub. 3 yer şeir, 3 yer isə nəsr təqdim edən iştirakçılara ayrılıb.

Şeir təqdim edən iştirakçılardan 4-cü sinif şagirdi Zəhra İmranlı “Dəmir yumruqlu komandan!” şeiri ilə 1-ci yerə, 7-ci sinif şagirdi Leyla Rəhimli “Bu yol Şuşaya gedir” şeiri ilə 2-ci yerə, 9-cu sinif şagirdi Ədil Məsimov isə “Azad oldu Qarabağ” şeiri ilə 3-cü yerə layiq görülüb.

4-cü sinif şagirdi Aylin Ağazadə “Mənim atam” adlı nəsr nümunəsi ilə 1-ci yerə, Xədicə Allahverdiyeva “Arzu” adlı nəsr nümunəsi ilə 2-ci yerə, Xədicə Əliyeva isə “Şanlı bayraq” nəsr nümunəsi ilə 3-cü yerə layiq görülüb.

QSC sədri Rövşən Məmmədov müsabiqənin qaliblərini qəbul edib. R.Məmmədov ədəbiyyatla maraqlanan məktəbliləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, müsabiqənin ideya müəllifi QSC sədrinin müavini, Əməkdar artist Rafiq Həşimovdur. Müsabiqənin münsiflər heyətinə isə yazıçı Saday Budaqlı, şair Qismət Rüstəmov, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, yazıçı Şərif Ağayar, yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair Səlim Babullaoğlu daxil olublar.

CANLI YAYIM