Bakıda “Formula 2” yarışları start götürüb

Bakıda “Formula 2” yarışları start götürüb

10 İyun, 12:55 Sosial mediada paylaşın:

İyunun 10-da "Formula 1" Azərbaycan qran-prisi çərçivəsində Bakı şəhər halqasında "Formula 2" yarışı üzrə sərbəst yürüşə start verilib.

45 dəqiqə davam edəcək sərbəst yürüş başa çatdıqdan sonra saat 15:00-dan 16:00-dək "Formula 1" Azərbaycan qran-prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 16:30-da isə "Formula 2" üzrə ikinci sərbəst yürüş başlayacaq.

"Formula 2" yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Ölkəmiz 2016-cı ildən "Formula 1" yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda "Formula 1" və "Formula 2" yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

"Formula 2" çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 18-20-də Abu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.

CANLI YAYIM