“Ermənistan sülh prosesini ləngidir” - Ceyhun Bayramov

“Ermənistan sülh prosesini ləngidir” - Ceyhun Bayramov

21 Sentyabr, 14:02 Sosial mediada paylaşın:

BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında Azərbaycanın Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması səyləri barədə məlumat verilib.

Xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli bəyanat və əldə edilmiş razılaşmalar çərçivəsində kommunikasiya və nəqliyyat xəttlərinin açılması istiqamətində işlərin aparıldığını, habelə Azərbaycan tərəfindən sülh sazişi təklifi irəli sürüldüyünü vurğulayıb. Bütün bunlara baxmayaraq, Ermənistanın prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı, son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi bildirilib. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmiz sülh gündəliyini irəlilətməkdə əzmlidir.

CANLI YAYIM