Ağdam və Xocavənddəki mövqelərimiz atəşə tutuldu

Ağdam və Xocavənddəki mövqelərimiz atəşə tutuldu

25 Noyabr, 13:18 Sosial mediada paylaşın:

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

CANLI YAYIM