Koronavirusa qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Koronavirusa qarşı peyvəndlənənlərin sayı açıqlanıb

25 Yanvar, 20:52 Sosial mediada paylaşın:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 387 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 118, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 940 852, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 753, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 326, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 144 nəfər təşkil edir.

CANLI YAYIM