Hərbi pilotlar təlim-məşq uçuşlarını icra edib

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra edib

23 Fevral, 10:41 Sosial mediada paylaşın:

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyənləşdirilmiş marşrutlar üzrə uçuşlar edib.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

CANLI YAYIM