Prezident İlham Əliyev Roş-ha-Şana bayramı münasibətilə İsrail Prezidentini təbrik edib

Prezident İlham Əliyev Roş-ha-Şana bayramı münasibətilə İsrail Prezidentini təbrik edib

14 Sentyabr, 15:04 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yəhudi Yeni ili – Roş-ha-Şana bayramı münasibətilə İsrail dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.

Məktubda Prezident İlham Əliyev bu bayramın dost İsrail xalqına və ölkəyə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyib.

“Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə dövlətimizin başçısı qeyd edib.

CANLI YAYIM