Xaçmazda körpü dağılıb

Xaçmazda körpü dağılıb

15 Sentyabr, 09:56 Sosial mediada paylaşın:

Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.

İlkin ehtimala əsasən, hadisə nəticəsində "VAZ" markalı minik avtomobili çaya düşüb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.

Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.

CANLI YAYIM