Füzuli sakinlərinə mənzillərin açarları təqdim olunub

Füzuli sakinlərinə mənzillərin açarları təqdim olunub

15 Sentyabr, 14:32 Sosial mediada paylaşın:

Sentyabrın 15-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı artıq Füzuli şəhərinə çatıb.

Onları Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün rayonun daha 73 sakinindən ibarət 25 ailə doğma yurdlarına qayıdıblar.

Dövlət rəsmiləri Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarlarını təqdim ediblər.

Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin olunub.

CANLI YAYIM