Küçələri bağlayan etirazçılar həbs edilib

Küçələri bağlayan etirazçılar həbs edilib

26 Sentyabr, 10:10 Sosial mediada paylaşın:

Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefasını tələb edən, İrəvanın mərkəzi küçələrini bağlayan etirazçıları saxlamağa başlayıb.

Bu barədə TASS məlumat yayıb.

İlk öncə polis etirazçılara mərkəzi prospekti açmaq üçün vaxt verib. Bu tələbə əməl edilmədikdə onları saxlamağa başlayıb. Məlumata görə, təxminən 10 nəfər polis bölməsinə aparılıb.

Hazırda nümayişçilər İrəvanın digər küçələrini də bağlamağa çalışırlar.

CANLI YAYIM