Azərbaycanda cari ilin yanvar-avqust aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub.
Səkkiz ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (315 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (83,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.