AzTV milli animasiya filmlərinin istehsalına başlayacaq

AzTV milli animasiya filmlərinin istehsalına başlayacaq

13 Noyabr, 15:47 Sosial mediada paylaşın:

AzTV gələn il milli animasiya filmlərinin istehsalına başlayacaq.

Bu barədə Ankarada səfərdə olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədovla TİKA-nın sədri Serkan Kayalar arasında görüşdə razılıq əldə olunub. Tərəflər iki qardaş ölkə arasında əməkdaşlığın televiziya sahəsində də inkişaf etdirilməsinin mühüm istiqamətlərini müzakirə ediblər.

Qeyd olunub ki, hazırda ən maraqlı və strateji sahələrdən biri milli dəyərləri, qədim türk tarixi və adət-ənənələrini özündə əks etdirən ortaq cizgi filmlərinin hazırlanmasıdır.
Odur ki, TİKA-nın dəstəyi ilə 2024-cü ildə AzTV-də animasiya mərkəzinin yaradılması və yerli mütəxəssislərin hazırlanması, AzTV əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçməsi qərara alınıb.

CANLI YAYIM