AzTV-nin əməkdaşı Laçında babasını belə qarşıladı

AzTV-nin əməkdaşı Laçında babasını belə qarşıladı

17 Noyabr, 09:27 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.

Laçının Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib.

Daha sonra yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.

31 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr sevinc göz yaşlarını saxlaya bilməyiblər. Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, Zabux kənd sakinləri içərisində AzTV-nin əməkdaşının babası da var...

CANLI YAYIM