“Yüksəliş” müsabiqəsinin qalibi AZTV-DƏ OLUB

“Yüksəliş” müsabiqəsinin qalibi AZTV-DƏ OLUB

29 Yanvar, 15:17 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Toğrul İslamla ilk görüşünü keçirib.

Rövşən Məmmədov qalibi əldə etdiyi nailiyyət münasibətilə təbrik edib və ona gələcək fəaliyyətinə yön vermək, o cümlədən inkişafına dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu qeyd edib. QSC-nin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra onunla sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, qalibin hədəfləri və maraqlarına yönəlik layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini bildirib.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi isə Mentorluq proqramı çərçivəsində Rövşən Məmmədova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu, birillik fərdi inkişaf planının icrasında maraqlı olduqlarını vurğulayıblar.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

CANLI YAYIM