"Azərbaycan Radiosu" artıq "Youtube"da - CANLI İZLƏYƏ BİLƏRSİNİZ

"Azərbaycan Radiosu" artıq "Youtube"da - CANLI İZLƏYƏ BİLƏRSİNİZ

13 Fevral, 16:01 Sosial mediada paylaşın:

"Azərbaycan Radiosu" və "Beynəlxalq Radio" "Youtube" üzərindən canlı yayıma başlayır. Yayım 14 fevral saat 08:00-dan radionun rəsmi "Youtube" səhifəsində həyata keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Radiosu" və "Beynəlxalq Radio"nun maddi-texniki basazının gücləndirilməsi məqsədilə 500 min manat vəsait ayrılıb. Həmin vəsaitlə hər iki radionun texniki imkanları artırılıb. Hər iki radio faktiki olaraq yenidən qurulub, nəticədə radioların yayım və səs keyfiyyətli artırılıb. "Beynəlxalq Radio" FM dalğasına keçirilib və bunun nəticələrindən biri də hər iki radionun məhz "Youtube" üzrə canlı yayımının təşkilidir. Gələcəkdə sosial şəbəkələr üzərindən yayımların saatlarının artırılması planlaşdırılır.

Dinləyicilərin və izləyicilərin nəzərinə bir daha çatdıraq ki, canlı yayımı "Azərbaycan Radiosu"nun rəsmi Youtube səhifəsindən izləyə bilərsiniz:

https://www.youtube.com/@az105fm 

CANLI YAYIM