Moldova “ASAN xidmət”in təcrübəsini yaxından öyrənir

Moldova “ASAN xidmət”in təcrübəsini yaxından öyrənir

24 Fevral, 09:42 Sosial mediada paylaşın:

Moldova dövlət xidmətlərinin çatdırılması və sosial innovasiyalar sahəsində Azərbaycanın əldə etdiyi təcrübəni yaxından öyrənir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq inkişaf etdirilir.

Bu fikri Moldova Respublikasının Dövlət Xidmətləri Agentliyinin direktoru Mirça Eşanu Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşündə söyləyib.

Onun sözlərinə görə, bu əməkdaşlığın məqsədi "ASAN xidmət" konsepsiyasının Moldovada tətbiqi istiqamətində fəaliyyəti qurmaqdır.

Görüşdə səfir Ülvi Baxşəliyev “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırıb.

Müzakirələr zamanı dövlət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.

CANLI YAYIM