“Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək

“Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək

5 Mart, 11:53 Sosial mediada paylaşın:

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Matçda ədaləti Benua Bastyen qoruyacaq.

Ona Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək. VAR hakimi Benua Miyo olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

CANLI YAYIM