“Bayer” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

“Bayer” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

12 Mart, 15:04 Sosial mediada paylaşın:

Avroliqanlın 1/8 finalında keçiriləcək "Bayer" - "Qarabağ" cavab oyununun hakimləri müəyyənləşib.

Matçı Entoni Teylor idarə edəcək. Ona Qari Besuik və Adam Nann köməklik göstərəcək. 4-cü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.

Qeyd edək ki, martın 14-ü keçiriləcək "Bayer" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

CANLI YAYIM