“Crocus City Hall”ın sahibi olan şirkət konsert zalının bərpa ediləcəyini bildirib

“Crocus City Hall”ın sahibi olan şirkət konsert zalının bərpa ediləcəyini bildirib

24 Mart, 09:13 Sosial mediada paylaşın:

“Crocus City Hall”ın sahibi olan “Crocus International” şirkəti terror aktı ilə əlaqədar dərin hüznlə başsağlığı verib və konsert zalının bərpa olunacağını bəyan edib.

Şirkətin saytında yerləşdirilən mesajda deyilir: “Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”.

Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. İndiyədək olan məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, yüzdən çox yaralı var.

CANLI YAYIM