39 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

39 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

22 Aprel, 12:08 Sosial mediada paylaşın:

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 172 nəfər Füzuli sakini öz yurduna qovuşub.

Bugünkü köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış (Bakı şəhərindən 24 ailə (115 nəfər), Sumqayıt şəhərindən 5 ailə (22 nəfər), Füzuli rayonundan 4 ailə (10 nəfər), Beyləqan rayonundan 3 ailə (12 nəfər), Abşeron rayonundan 2 ailə (7 nəfər), Şamaxı rayonundan 1 ailə (6 nəfər) ailələrdən ibarət olub.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin məskunlaşması təmin edilib.

CANLI YAYIM