Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

4 May, 08:30 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndəliklərə çatdırılıb.

Bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, dövlət və hökumət başçılarına ünvanlanmış dəvət məktubları Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən El Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın BMT-dəki daimi nümayəndəliklərinə təhvil verilib.

CANLI YAYIM