Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib

29 May, 16:10 Sosial mediada paylaşın:

Xocalıya köçən yeni ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndiliyini təmsil edən şəxslər iştirak ediblər.

Köçürülən ailələr Xocalıda yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xatırladaq ki, indiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.

CANLI YAYIM