AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

9 İyul, 09:02 Sosial mediada paylaşın:

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

Günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.

Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.

Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.

AVRO-2024

Yarımfinal

9 iyul

23:00. İspaniya - Fransa

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen, "Alyans Arena".

CANLI YAYIM